Zəmanətlər

Zəmanət Plus Sertifikatı şərtləri əldə etməklə Siz aşağıdakı imkanlara sahib olacaqsınız.

  1. Rəsmi zəmanət müddəti bitdikdən sonra eyni şərtlər əsasında yaranan texniki nasazlıqların aradan qaldırılır.
    Zəmanətə ancaq məhsulun özündən irəli gələn texniki nasazlıqların aradan qaldırılması şamil edilir.
  2. Zəmanət Plus Sertifikatı şərtləri ilə edilən hər bir təmir nəticəsi və dəyişidirilmiş ehtiyat hissəsinə əlavə olaraq.
    30 (təqvim) günü zəmanət təqdim edilir.
  3. Təmir 14 iş gününü keçərsə, əldə etdiyiniz məhsulun 100 % dəyərində yenisini əldə edə bilərsiniz.
    Güzəşt şərtindən 90 gün ərzində yararlanma imkanınız var.
  4. Müştəri Zəmant Plyus Sertifikatının qüvvədə olduğu müddət ərzində onun şərtlərindən istifadə etməyibsə, bu zaman ona Vigrande mağazalarında istifadə üçün Zəmanət Plyus Sertifikatının qiymətinin 100 % dəyərində endirim kuponu verilir.
    Endirim kuponu əldə etmək üçün 1 ay ərzində müraciət edilməlidir.
    Kuponunin istifadə müddəti zəmanət bitdikdən sonra 90 gün ərzində qüvvədədir.
  5. Mebel kateqoriyasında olan məhsullara aşağıdakı əlavə şərtlər tətbiq edilir.
    Zəmanət Plyus Sertifikatı qüvvəyə mindiyi tarixdən hər il bir dəfə tam pulsuz kimyəvi təmizləmə imkanı (yumşaq mebellərdə);
    Zəmanət müddəti ərzində bir dəfə mebelin bir ünvandan digərinə ödənişsiz və tam təhlükəsiz daşınması imkanı;
    Fövqaladə hallar baş verdiyi halda (yanğın, subasma və s.) 100 % kompensasiya tətbiq edilir.
  6. Zəmanət Plus Sertifikatının satış tarifləri aşağıdakı kimidir. (Cədvəl 1)
Zəmanət Plus sertifikatının qüvvədə olma müddəti Rəqəmsal kateqoriyası

(Məhsulun dəyərinin faizi)

Məişət kateqoriyası

(Məhsulun dəyərinin faizi)

12 ay 6% 4%
24 ay 10% 8%
36 ay 14% 12%

Təmirə təqdim edilmə şərtləri:

  1. Müştəri aşağıda tələb edilən sənədlərlə texniki nasazlıq olan məhsulunu servisə təqdim edə bilər.
    Müştərinin şəxsiyyət vəsiqəsi (məhsul sahibinin);
    Zəmanət Plyus Sertifikatı;
    Zərurət yaranarsa, malın dəyərinin ödənilməsi haqqında qəbzlərin əsli və məhsulun qutusu.
    1.1. Məhsul servisə təqdim edildikdə Zəmanət Plyus Sertifikatında qeyd edilən seriya/İmei müştərinin təqdim etdiyi məhsuldakı seriya ilə eyni olmalıdır.
    1.2. Böyük Məişət texnikası və 32+ dyum TV məhsulları təmir üçün müştərinin ünvanından Vigrande əməkdaşları tərəfindən pulsuz götürülür və təmir edilərək ünvana çatdırılır.
    1.3. Məhsul (telefon, noutbuk, planşet və. S) təmirə təqdim edildikdə yaddaşında olan məlumat və faylların saxlanılmasına zəmanət verilmir.
    1.4. Təmir edildikdən və müştəriyə təmir nəticəsi barəsində məlumat verildikdən sonra 30 (təqvim) gün ərzində məhsul təhvil götürülməlidir.
    Təhvil götürülmədiyi halda həmin məhsul Vigrande –ın mülkiyyəti hesab edilir.
  2. Aşağıdakı hallarda zəmanət qüvvədən düşmüş hesab edilir.
    Məhsul təmir üçün digər servis və ya üçünçü şəxslərə təqdim edilərək kənar müdaxilə edilərsə;
    Vigrande- a olan hissəvi ödəniş gecikdiriləcək müqavilə şərtləri pozularsa.